26.12.2018 11:30
331

İngiltərənin “Mançester Yunayted” futbol klubunun hücumçusu Antoni Martial Premyer Liqada hər qola orta hesabla daha az vaxt sərf edir. Fransız hücumçu 105 dəqiqədən bir qol vurur və bu göstərici ilə İngiltərə çempionatında qola ən az vaxt sərf edən oyunçudur.
“Arsenal”ın hücumçusu Emerik Obameyanq bir qola 116 dəqiqə sərf etməklə ikinci pillədə qərarlaşıb. İlk üçlüyü “Mançester Siti” klubunun oyunçusu Rəhim Sterlinq 134 dəqiqə ilə tamamlayıb.
Qeyd edək ki, “Liverpul”un hücumçusu Məhəmməd Salah 135 dəqiqədən və “Tottenhem”in futbolçusu Harri Keyn isə 161 dəqiqədən bir fərqlənir.(Azərtac)