bazar, 13 iyul 2025

DİGƏR NÖVLƏR

Karateçilərimiz 2018-ci ildə 114 medal qazanıb

26.12.2018 13:53 Oxundu 383

Azərbaycan Milli Karate Federasiyası 2018-ci il mövsümünə yekun vurub. Bu məqsədlə keçirilən yığıncaqda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, İdarə heyətinin üzvləri Fizuli Musayev və Oqtay Məmmədov məşqçilər heyətindən Bahəddin Kandaz, Şahin Xudaverduyev, Anar Allahverdiyev, Vahid Ayvazov, baş hakim Cahangir Babayev çıxış edərək qazanılan uğurlar münasibətilə kollektivi təbrik edib və 2018-ci ilin hesabatanı veriblər.
Hesabatda cari ildə karateçilərimizin rəsmi beynəlxalq yarışlarda, dünya və avropa çempionatlarında, eləcə də dünya kuboku, premyer liqa, A seriyası və yeniyetmələr liqası kimi məsul yarışlarda 29 qızıl, 38 gümüş və 47 bürünc olmaqla 114 medal qazanması diqqətə çatdırlıb.
Çıxış edənlər həmçinin bildiriblər ki, 2018-ci il Azərbaycan karatesi üçün çox uğurlu illərdən biri olub. Qarşıda Tokio-2020 Olimpiadasına hazırlığın məsul dövrü başlandığını və yeni ildən daha böyük qüvvə ilə çalışmağın vacibliyini nəzərə çatdıran federasiya rəsmiləri, etimadın doğrulması üçün daha çox işlər planlaşdırıldığını söyləyiblər.
Milli komandanın lideri Rafael Ağayev çıxış edərək göstərilən qayğı və yaradılan şəraitə görə rəhbərliyə minnətdarlığını bildirib, uğurların qarşıdakı mövsümdə də davam edəcəyinə çalışacaqlarını söyləyib. İlin yekunlarına əsasən müxtəlif yaş qruplarında fərqlənən idmançı və məşqçilərə pul mükafatarı verilib.