26.12.2018 16:41
428


"Milan" klubu gənclər komandasının hücumçusu Daniel Maldiniyə yeni müqavilə təqdim etməyi planlaşdırır. Bu barədə "Calciomercato.com" xəbər verir.
Klubun hazırkı idman direktoru və keçmiş müdafiəçisi Paolo Maldinin oğlu olan 17 yaşlə Daniel bu mövsüm "Milan-U19"-n tərkibində 11 matçda üç qol vurub.
Mənbənin bildirdiyinə görə, gənc futbolçuya digər klublar da maraq göstərirlər. Kiçik Maldini ilə "Milan" arasındakı mövcud müqavilənin müddəti 2021-ci ildə başa çatacaq.
Qeyd edək ki, Paolo Maldinin böyük oğlu Kristian da atası kimi müdafiəçidir və o, C seriyasında çıxış edən "Piançentsu" komandasında oynayır.