26.12.2018 17:38
505


"Barselona"nın və İspaniya milli komandasının sabiq yarımmüdafiəçisi Andres İnyesta bildirib ki, Joze Mourinyo "Real"a başçılıq etdiyi dövrdə Kataloniya və Madrid klublarının futbolçularının münasibətlərinin pisləşməsində əhəmiyyətli rol oynayıb.
- Maurinyonun ara qızışdırma ustası olması heç kimə sirr deyil. "Barselona" və "Real" həmişə rəqabətdə olublar. Maurinyonun dönəmində bu rəqabət nifrətə çevrildi. Mourinyo futbolçular arasında düşmənçilik toxumu səpirdi. O dövrdə qarşıdurmalar düşmənçilik səviyyəsinə çatmışdı. O situasıyanı qiymətləndirmək üçün "Real"ın və ya "Barselona"nın fanatı olmaq vacib deyildi, hər şey göz qabağında idi, çox xoşagəlməz vəziyyət yaranmışdı, - Daily Express futbolçunun sözlərini sitat gətirir.
Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə "Real"ın baş məşqçisi olub.