26.12.2018 17:56
491


Türkiyəni atletikada təmsil edən həmyerlimiz Ramil Quliyev mətbuata maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, hədəfinin böyük olduğunu bildirən Ramil: "Dünya çempionu ünvanının qorumalıyam. İntensiv məşqlər edirəm. Bu mənim üçün çox önəmlidir. Useyin Bolt kimi bir idmançı atletikadan gedib və yeri boş qalıb. O yerə sahib olmaq üçün əlimdən gələni edirəm. Hədəfim böyükdür. Düşünürəm ki, dünyanın ən yaxşısı olma fərqli bir hissdir" deyib.