çərşənbə axşamı, 20 yanvar 2026

DÜNYA FUTBOLU

Mançini Rusiyaya gətirilir?

15.07.2016 12:54 Oxundu 1289

Futbol üzrə Rusiya millisi baş məşqçi axtarışına çıxıb. Namizədlər arasında İtaliyalı mütəxəssis Roberto Mançinin də adı hallanır. Son məlumata görə, təcrübəli mütəxəssislə Rusiya Futbol Federasiyası arasında hələlik heç bir anlaşma olmayıb.

Xatırladaq ki, 51 yaşlı Mançini 2014-cü ildən “İnter”in sükanı arxasındadır. Ötən mövsümdə onun komandası İtaliya çempionatındda dördüncü yeri tutub. Buna qədər isə o, müxtəlif klublarda çalışıb.

Məlumat üçün bildirək ki,futbol üzrə Rusiya millisi komandasının baş məşqçisi Leonid Slutski istefa verib. Slutski qərarını Uelslə dünənki qarşılaşmadan sonra açıqlayıb.

Qrup mərhələsində keçirdiyi üç görüşdə cəmi bir xal toplayaraq Avropa çempionatı ilə erkən vidalaşan şimal qonşularımız son turda Uels komandasına 0:3 hesabı ilə məğlub olublar. Matçdan sonra Slutski postundan ayrıldığını və komandada baş məşqçi dəyişikliyinin qaçılmaz olduğunu bildirib: “Bu nəticələrdən sonra əsas məsələ baş məşqçi dəyişikliyi olmalıdır. Növbəti turnirə başqa bir mütəxəssislə hazırlaşmaq ölkə futbolunun inkişafı üçün daha faydalı olar. Yeni çalışdırıcının kimliyini isə Rusiya Futbol İttifaqı müəyyənləşdirməlidir”.

Çalışdırıcı Uelsə böyük hesablı yenilgiyə görə də azarkeşlərdən üzr istəyib: “Çox zəif oynadıq və məğlubiyyətə layiq idik. 90 dəqiqə ərzində zəif çıxış etdik”.

Xatırladaq ki, “B” qrupunun ilk turunda İngiltərə ilə heç-heçə (1:1) edən ruslar növbəti görüşdə Slovakiyaya (1:2) məğlub olublar.