bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

Karlo Ançelotti: "Bir daha bu cür hadisələrlə qarşılaşsaq meydanı tərk edəcəyik"

27.12.2018 10:22 Oxundu 443

İtaliya A Seriyasının  18-ci turu çərçivəsində   baş tutan "İnter" - "Napoli" görüşündə qalmaqal yaşanıb. Cempion.az xəbər verir ki, yerli "İnter" azarkeşləri "Napoli"nin futbolçusu Kalidu Kulibaliyə qarşı irkçilik ediblər. Oyundan sonra "Napoli"nin baş məşqçisi Karlo Ançelotti hadisəyə münasibət bildirib. Edilən hərəkəti sərt şəkildə tənqid edən Ançelotti: "Kulibali sakit və peşəkar bir futbolçudur. Ancaq on qarşı edilənlərə çox əsəbiləşdi və hislərinə hakim ola bilmədi. Tribunalardan oyunun sonuna qədər meymun səsləri gəlirdi. Üç dəfə oyunun dayandırılmasını istədik ancaq üçündə də sadəcə anons etdilər. Bir daha bu cür hadisələrlə qarşılaşsaq meydanı tərk edəcəyik" deyib. Oyundan sonra qısa açıqlama verən Kulibali: "Dərimin rəngi ilə qürur duyuram" deyib.