bazar, 13 iyul 2025

BİZİM FUTBOL

Filip Ozobiç ölkəsində çempion oldu

27.12.2018 11:02 Oxundu 372


Xorvatiyanın Split şəhərində ulduz futbolçular arasında futzal turniri keçirilib. Dino Petrinoviçin xatirəsinə həsr olunan sayca 17-ci ənənəvi turnirdə həmişəki kimi 4 komanda mübarizə aparıb.

Azərbaycanın “Qarabağ” klubunda çıxış edən Filip Ozobiç də turnirin iştirakçısı olub. Onun heyətində yer aldığı “Kauri” yarışın qalibi olub.

Ozobiçin komandası yarımfinalda Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin rəhbərlik etdiyi “Tropik”i 7:2 hesabı ilə məğlub edib.

Maraqlıdı ki, Daliç finalda “Tennis”in “sükanı arxası”nda olan Robert Yarniyə qoşulub və komandaya 3 məşqçi rəhbərlik edib. Həlledici görüşü 4 min tamaşaçı izləyib.

Niko Krançar kimi tanınmış futbolçunun da yer aldığı Ozobiçin komandası 5:2 hesabı ilə qalib gəlib. Bununla da “Qarabağ”ın futbolçusu vətənində keçirilən yarışın çempionu olub.(matc.az)