27.12.2018 11:22
527


İtaliya A Seriyasının 18-ci turu "Milan" üçün antirekordla yadda qalıb. Cempion.az xəbər verir ki, "Frosinone" ilə görüşdə fərqlənə bilməyən "Milan" Seriya A-da ardıcıl 4 oyundur ki, çıxdığı qarşılaşmalarda qol vura bilmir. Son dəfə bu nəticə "Milan" klubunda 1984-cü ildə qeydə alınıb. Qeyd edək ki, "Frosinone" - "Milan" matçı 0 - 0 hesabı ilə yekunlaşıb.