bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

Yurgen Klopp: "Məqsədimizə çatmaq üçün daha yaxşılarını etməliyik"

27.12.2018 12:03 Oxundu 467

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Nyukasl"a qalib gəldikləri oyundan sonra mətbuata açıqlama verib. Cempion.az xəbər verir ki, "Mançester Siti"nin məğlubiyyətindən sonra  aradakı xal fərqinin  dəyərləndirən Klopp: "Başqa komandaların neçə xalının olması ilə maraqlanmırıq. Vacib olan bizim neçə xalımızın olduğudur. 6 xallıq fərq nədir ki? Heç nə. Oynayacağımız vacib qarşılaşmalar var. Premyer Liqada tarix yazmaq istəyirik. Statistikalarımız yaxşıdır, baxımlı oyun sərgiləyirik ancaq bunlara güvənərək rahat olmaq lazım deyil. Məqsədimizə çatmaq üçün daha yaxşılarını etməliyik" deyib.