bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

Rahim Sterlinq: " "Liverpul" və "Çelsi" olmasa Premyer  Liqa maraqsız olardı"

27.12.2018 12:24 Oxundu 518

"Mançester Siti"nin futbolçusu Rahim Sterlinq İngilitərə mətbuatına geniş reportaj verib. Cempion.az  xəbər verir ki, özü, komandası və Premyer Liqa haqqında danışan Sterlinq: "Ən yaxşı idmançılardan hər zaman nələrsə öyrənirəm. NBA-dən LeBron Ceyms, tenisdən Rafael Nadal və Roje Federerdən çox şeylər öyrənirəm. Bu insanlar uzun müddətdir zirvədədirlər. Mənim də hədəfim onlar kimi olmaqdır.  "Qızıl Top"un qalibi olmaq hədəfim yoxdur. Komandanız ardıcıl olaraq kubokların qalibi olursa və siz də yaxşı çıxış edirsinizsə istər istəməz bu mükafatı qazanmaq üçün namizəd olursunuz. Dünyanın ən yaxşı iki liqasında, Premyer Liqa və Çempionlar Liqasında çempionluq uğrunda mübarizə aparırıq. Ən yaxşı komandada, ən yaxşı baş məşqçilələrə, ən yaxşılara qarşı oynayıram. Bundan artıq nə istəyə bilərəm ki?  "Liverpul" və "Çelsi" mükəmməl klublardır. Salah çox möhtəşəm oyunçudur. "Liverpul" və "Çelsi" olmasa Premyer  Liqa maraqsız olardı" deyib.