bazar, 13 iyul 2025

DİGƏR NÖVLƏR

Ronaldo və Messi birinci olmadı

27.12.2018 14:24 Oxundu 517

Forbes jurnalı dünyanın ən çox gəlir əldə edən 100 idmançısının adını açıqlayıb. Cempion. az xəbər verir ki, birinci yerdə illik gəliri 285 milyon dollar olan bokçsu Floyd Meyvezer qərarlaşıb. İkici pillənin sahibi illik gəliri 111 milyon dollar olan "Barselona"nın ulduz futbolçusu Lionel Messidir. İlk üçlüyün sonunda  illik gəliri 108 milyon dollar olan "Yuventus"un portuqaliyalı ulduzu Kriştiano Ronaldo yer alıb. UFC döyüşçüsü Konor Makqreqor illik 99 milyon dollarla dördüncü, illik 90 milyon dollar gəlirlə PSJ-nin ulduzu Neymar beşincidir.