28.12.2018 10:55
536


"Barselona"nın ulduz futbolçusu Lionel Messi İspaniya mətbuatına verdiyi açıqlamada keçmiş komanda yoldaşı Neymar haqqında maraqlı fikirlər səsləndirib. Cempion.az xəbər verir ki, Neymarla hər zaman münasibətinin yaxşı olduğunu bildirən Messi: "Neymarın komandaya qayıtmasını çox istəyirik. Çünki Neymar hər bir güclü komandaya lazım olacaq futbolçudur. Onunla birlikdə "Barselona"da çempionluqlar yaşamışıq. Ancaq reallıq budur ki, Neymar bir daha "Barselona"ya qayıtmayacağ. PSJ onu asanlıqla heç bir kluba verməz" deyib.