bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

“Barselona” De Yonqla razılıq əldə etdi

28.12.2018 12:49 Oxundu 490


“Barselona” hollandiyalı yarımmüdafiəçi Frenki de Yonqla müqavilənin şərtlərində razılıq əldə edib. “Ayaks”ın futbolçusu yeni klubu ilə 5 illik anlaşma imzalayacaq.

21 yaşlı orta sahə oyunçusu digər təkliflərdən imtina edərək İspaniya klubuna üstünlük verib. Hərçənd PSJ və “Mançester Siti”də De Yonqun xidmətində maraqlı idi.

Frenki “Barselona”ya cari mövsüm başa çatandan sonra qoşulacaq. Bu keçiddən “Ayaks” 75 milyon avro əldə edəcək.

Qeyd edək ki, “Barselona”da hollandiyalı futbolçuya 31 yaşlı Serxio Busketsin əvəzləyicisi gözü ilə baxırlar.(matc.az)