29.12.2018 14:03
571

"Trabzonspor"un hücumçusu Burak Yılmaz klubunu dəyişir.
33 yaşlı forvard yanvardan "Beşiktaş"a qayıdır. "Beşiktaş" rəsmisi Umut Güner dünən trabzonlu həmkarları və futbolçunun meneceri ilə bir araya gəlib. 5 saat davam edən danışıqların yekununda tərəflər ortaq məxrəcə gəliblər. Anlaşmaya görə, Burakın mövsümün sonuna qədər olan alacağının 3/4-nü "Beşiktaş", qalanını isə "Trabzonspor" ödəyəcək. "Bordo-mavililər"də illik məvacibi 3,5 milyon avro olan Türkiyə millisinin üzvü gələn mövsümdən "ağ-qaralar"da ilinə 3 milyon avro maaş alacaq. Transferin dekabrın 31-də rəsmən açıqlanması gözlənilir. Qeyd edək ki, Burak Yılmaz 2006-2008-ci illərdə "Beşiktaş"ın formasını geyinib. (Matc.az)