bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

"Çelsi"dən rekord gəlir

01.01.2019 17:35 Oxundu 517


"Çelsi" 2017/2018 mövsümündə rekord məbləğdə gəlir əldə edib.

London təmsilçisinin il ərzində gəlirləri 397 milyon avrodan 487 milyon avroya qədər (22.7 faiz) artıb. "Çelsi"  ilk dəfə 400 milyon funt sterlinq (təxminən 440 milyon avro) həddini keçib.Klub 124 milyon avroluq futbolçu satışı sayəsində klub tarixi ərzində 68.1 milyon avro ilə ən yüksək təmiz gəlir götürüb. 
 
Gəlirin artmasının səbəblərindən biri teleyayımdan olub. "Çelsi"nin Çempionlar Liqasına qayıdışı ilə əlaqədar bu məbləğ 45,8 milyon avrodan 224 milyon avroya yüksəlib.
(Qol.az)