01.01.2019 17:41
517

Portuqaliyanın "Sportinq" klubunun ulduzu Luiş Nani ölkəsinin mətbuatına müsahibə verib.
32 yaşlı futbolçu 2018-ci ildəki uğurlarından danışıb. Portuqaliyalı yarımmüdafiəçi "Qarabağ"la Bakıda keçirdikləri matçı xatırlayıb və vurduğu möhtəşəm qolu qeyd edib. O, həmin qolu sənət əsəri adlandırıb.
Qeyd edək ki, "Sportinq" Bakı Olimpiya Stadionunda keçirilən oyunda "Qarabağ"a 6-1 hesabı ilə qalib gəlmişdi. (futbol11.az)