bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

UEFA 2019-cu ildə ulduz statusu ala biləcək futbolçuların siyahısını açıqlayıb

02.01.2019 11:43 Oxundu 552


UEFA 2019-cu ildə ulduz statusu ala biləcək gənc futbolçuların siyahısını açıqlayıb.

“50-lik”də Türkiyə millsinin iki oyunçusu da var. Bunlar “Alanyaspor”un formasını geyinən 20 yaşlı Merih Demiral və “Qalatasaray”da çıxış edən 18 yaşlı Ozan Kabakdır.

Hər iki futbolçu mərkəz müdafiəçisidir.

Siyahıya Moskva MOİK-nin iki üzvü - yarımmüdafiəçi İlzat Axmetov və hücumçu Fyodr Çalov düşüb. Gürcüstan millisinin və Belçikanın “Gent” klubunun hücumameyilli yarımmüdafiəçisi Georgi Çakvetadze də “50-lik”də yer alıb. (Report)