02.01.2019 14:02
559

İngiltərənin “Çelsi” klubu Dortmund “Borussiya”sının futbolçusu Kristian Pulişiçi transfer edib.
Londonlular ABŞ millisinin 20 yaşlı cinah yarımmüdafiəçisi üçün 64 milyon avro ödəyiblər. Lakin o, yeni klubuna yayda qoşulacaq.
Pulişiç 2019-cu ilin iyununa qədər icarə əsasında Dortmund komandasının formasını geyinəcək.
Qeyd edək ki, Pulişiç 2016-cı ilin yanvarından “Borussiya”da çıxış edir. (Report)