bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

Ole-Qunnar Sulşer "Mançester Yunayted"in tarixinə düşüb

03.01.2019 10:55 Oxundu 536

"Mançester Yunayted"in 21-ci turda "Nyukasl" üzərindəki qələbə komandaya yeni təyin olunmuş baş məşqçi Ole-Qunnar Sulşer üçün əlamətdar olub. Cempion.az xəbər verir ki, Sulşer "Mançester Yunayted"in sükanı arxasında çıxdığı 4 oyundan 4 qələbə ilə ayrılaraq Mett Basbidən sonra 4 oyuna 4 qələbə qazanan ikinci baş məşqçi kimi "qırmızı şeytanlar"ın tarixinə düşüb. Qeyd edək ki, "Mançester Yunayted" "Nyukasl"ı Lukaku və Reşfordun qolları ilə 2-0 məğlub edib