03.01.2019 11:26
517


"Yuventus" klubu "Arsenal"ın futbolçusu Aron Remzi ilə maraqlandıqlarını rəsmi şəkildə açıqlayıb. Cempion.az xəbər verir ki, "Yuventus"un idman direktoru Fabio Paratisi mətbuata açıqlamasında: "Remzi ilə maraqlanırıq. O, çox mükəmməl yarımmüdafiəçidir. Əlbbətdə Remzini komandamızda görmək istəyərik. Bunun üçün qarşıdakı günləri gözləməliyik" deyib. Qeyd edək ki, 2008-ci ildə "Kardif Siti"dən "Arsenal"a keçən uelsli futbolçu "topçular"ın heyətinə 352 oyunda 60 qolun müəllifi olub.