bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

Dünya Çempionatının formatında dəyişiklik olacaq

03.01.2019 11:58 Oxundu 476

FİFA prezidenti Canni İnfantino 2022-ci ildə Qətərdə keçiriləcək olan Dünya Çempionatının formatında dəyişiklik olacağını açıqlayıb. Cempion.az xəbər verir ki, İnfantino yeni açıqlmasında bildirib ki, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında 32 yox, 48 komanda iştirak edəcək. 2026-cı ilə planlaşdırılan 48 komandalı Dünya Çempionatının səs çoxluğu ilə 2022-ci ildə keçiriləcəyi təsdiqlənib. Yeni formata əsasən 16 qrupda 3 komanda mübarizə aparacaq. Qrupda ilk iki yeri tutan komandalar  növbəti, 1/16 final mərhələsinə yüksələcəklər. Qeyd edək ki, 48 komandanın iştirak edəcəyi 2022-ci il Dünya Çempionatında sponsor və yayım gəlirləri 5,5 milyard dollardan 6,5 milyard dollara qədər yüksələcək.