bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

Transfer pəncərəsi dönəmində ən çox gəlir ələ edən klublar

03.01.2019 15:11 Oxundu 1205

Transfer pəncərəsi dönəmində bəzi klublar heyətini gücləndirdiyi kimi oyunçu satan komandalar da büdcələrinə yetərincə vəsait əlavə edir. Cempion.az son 4 mövsümdə transferdən ən çox gəlir əldə edən klubları sizə təqdim edir. İlk pillədə "Monako" qərarlaşıb.  Kilyan Mbappe, Tomas Lemar, Fabiniyo, Benjamin Mendi, Antoni Martial və başqa futbolçuların satışından "Monako" 720 milyon avro qazanıb. İkinci pillədə son olaraq Kristian Pulişiçi "Çelsi"yə 65 milyon avroya satan "Borusia Dotrmund" geridə qalan 4 mövsümdə Usman Dembele, Pier Emenik Obemeyanq, Henrik Mikitariyan və Mats Hummelsin transferindən ümumilikdə 519 milyon avro əldə edib. Transferlərdən ən çox pul qazanan 3-cü klub isə "Yuventus"dur  turinlilər son 3 mövsümdə Poqba və Arturo Vidal da daxil olmaqla satdıqları oyunçulardan 497 milyon avronu büdcələrinə əlavə etməyi bacarıb. Alisson, Salah və Rüdiger də daxil olmaqla satıqları oyunçulardan 474 milyon avro qanzan "Roma" 4-cü pillədə qərarlaşıb.