bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

“Mançester Yunayted” yunanıstanlı futbolçunu heyətinə cəlb edəcək

03.01.2019 15:50 Oxundu 473


İngiltərənin “Mançester Yunayted” futbol klubu yanvarda “Roma” komandasının müdafiəçisi Kostas Manolası transfer edəcək. "Qırmızı şeytanlar” 27 yaşlı yunanıstanlı futbolçuya görə, Roma təmsilçisinə 34 milyon funt sterlinq ödəməyə hazırdırlar.

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer şəxsən Manolasın transfer olunmasında böyük səy göstərir. Futbolçu “Çelsi” və “Arsenal”ın da maraq dairəsindədir.

Cari mövsümdə Manolas “Roma” klubunun heyətində 21 oyuna 3 qol vurub.(Azərtac)