cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Sarri: "Pulişiçin transferini mətbuatdan öyrəndim"

04.01.2019 11:10 Oxundu 427

"Çelsi"nin baş məşqçisi Maurizio Sarri Kristian Pulişiçin transferi haqqında maraqlı açıqlama verib. Cempion.az xəbər verir ki, rəhbərliklə bu barədə daha əvvəl danışdığını deyən təcrübəli mütəxəssis: "Məndən bir ay əvvəl Pulişiç haqqında soruşdular. Mən də müsbət cavab verdim. Ancaq rəhbərliyin bu oyunçunu alacağını bilmirdim. Pulişiçin transferini mətbuatdan öyrəndim. Mövzu haqqında artıq heç nə bilmirəm. Mənim vəzifəm komandanın inkişaf etdirib uğurlar qazandırmaqdır" deyib.