bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

Ronaldinyonun ölkədən çıxışına qadağa qoyulub

04.01.2019 11:32 Oxundu 525

Braziliyanın Rio Qrande do Sul məhkəməsi ulduz futbolçu Ronaldinyo və qardaşının ölkədən çıxışına qadağa qoyub. Cempion.az xəbər verir ki, Ronaldinyo qanunsuz ərazidə inşaat işləri gördüyünə görə 2,3 milyon dollar pul cəzasını ödəmədiyi üçün, prokurorluq ulduz futbolçu və qardaşının bank hesabını yoxlayıb. Yoxlamalardan sonra məlum olub ki, onların bank hesabında pul yoxdur. Bu səbəbə görə məhkəmə qərarına əsasən Ronaldinyo və qardaşının ölkədən çıxışına qadağa qoyulub.