cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Klopp: "Salaha etdiyi müdaxiləyə görə nə üçün qırmızı vərəqə almadığına təəccüblənirəm"

04.01.2019 12:30 Oxundu 463

İngiltərə Premyer Liqasında "Mançester Siti" ilə oyundan sonra "Liverpul"un baş məşqçisi Yurgen Klopp mətbuata açıqlama verib. Cempion.az xəbər verir ki, oyunçularından razı qaldığını deyən Klopp: "Oyunçularım əlindən gələni etdi. Ancaq buna baxmayaraq xal qazana bilmədik. Futbolda belə şeylər olduğu üçün qarşıdakı oyunlar haqqında fikirləşməliyik. Kompani hörmət elədiyim bir oyunçudur. Ancaq Salaha etdiyi müdaxiləyə görə nə üçün qırmızı vərəqə almadığına təəccüblənirəm. Hələki hər şey qaydasındadır. İki oyundan sonra "Mançester Siti" ilə aramızda 4 xal fərq var. Kimsə mövsümün əvvəlində mənə belə bir turnir cədvəlinin olacağını desəydi inanmazdım" deyib.