cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

"Yuventus"dan Mbappe transferi ilə bağlı rəsmi açıqlama

04.01.2019 16:56 Oxundu 472

Son günlər PSJ-nin fransalı ulduz futbolçusu Kilyan Mbappenin "Yuventusa" keçəcəyi barədə xəbərlər dünya mətbuatında yer alıb. Cempion.az xəbər verir ki, "Yuventus"  Mbappenin transferi ilə bağlı rəsmi açıqlama verib. Turinlilərin idman direktoru Fabio Parattiçi iddiaların yalan olduğunu bildirərək: "Bu danışılanlar hamısı fantaziyadır. Fantaziyalar hərdən işə yarayır. Ancaq dövrə arasında belə bir transfer mümkünsüzdür. "Yuventus" böyük komanadır və hər bir futbolçunun oynamaq istədiyi bir klubdur. Mbappen də hər bir böyük kluba lazım olacaq oyunçudur. Buna baxmayaraq bizim Mbappeni alacağımıza dair bütün xəbərlər yalandır" deyib.