cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

"Sabah"da yeni futbolçu

05.01.2019 11:50 Oxundu 420

Qış toplanışını Antalyada keçirən "Sabah"ın düşərgəsinə yeni futbolçu qoşulub. Paytaxt klubu anqolalı hücumçu Aleksandr Kristavaonu baxışa çağırıb. 25 yaşlı forvard yoxlama oyunlarında sınaqdan keçiriləcək. Əgər onu çıxışı məşqçilər korpusunu razı salsa, afrikalı futbolçu ilə müqavilə bağlanacaq. Qeyd edək ki, Hollandiyanın birinci divizion təmsilçiləri "Qroningen" və "Kambur" kimi klublarda çıxış etmiş Kristavaonun son komandası Polşa "Zaqlembe"si olub. O, Sosnovets təmsilçisində keçirdiyi 12 oyunda 1 qol vurub.(qol.az)