cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Fabreqas "Çelsi"də son oyununu keçirdib

06.01.2019 10:01 Oxundu 431

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Sesk Fabreqas İngiltrə Kubokunun 1/32 finalının "Nottingem Forest" (2:0) ilə keçirilən qarşılaşmasında oyunun 85-ci dəqiqəsində əvəzlənərkən göz yaşlarına hakim ola bilməyib . Cempion.az xəbər verir ki, bu matçda Fabreqas "zadəganlar"ın heyətində son oyununu keçirib. Qeyd edək ki, 2014-cü ildə "Barselona"dan "Çelsi"yə transfer olunan Fabreqasın karyerasını "Monako"da davam etdirəcəyi bildirilir.