cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Buffon: "Həm atası həm də, oğlu ilə futbol oynamaq fərqli hisdir"

07.01.2019 11:32 Oxundu 360

PSJ-nin ulduz qapıçısı Canluici Buffon maraqlı açıqlama verib. Cempion.az xəbər verir ki, karyerasının ən maraqlı anından danışan Buffon: "Karyeramda ən maraqlı anlardan biri "Yuventus"da "Fiorentina"ya qarşı keçirdiyim oyunda olub. Çünki rəqib komandanın futbolçusu Federiko Kiezanın atası ilə komanda yoldaşı olmuşdum. Həm atası, həm də oğlu ilə futbol oynamaq fərqli hisdir" deyib. Qeyd edək ki, Buffon "Parma"da Federiko Kiezanın atası Enriko Kieza ilə komanda yoldaşı olub. Enriko Kieza 2010 - cu ildə profesional futbol karyerasını sonlandırıb.