cümə, 29 mart 2024

BİZİM FUTBOL

Qurban Qurbanovun oğlu əsas komandada - FOTO

07.01.2019 12:03 Oxundu 554

"Qarabağ" bu gün qış təlim-məşq toplanışına start verib.

Cempion.az xəbər verir ki, komanda səhər saatlarında qış kampının baş tutacağı Antalyaya yollanıb. Axşam saatlarında isə futbolçular ilk məşqinə çıxıb.
Əvəzedici heyətin də bir neçə futbolçusu əsas komanda ilə birlikdə təlim-məşq toplanışında iştirak ediblər. Komandanın qış kampı 21 gün davam edəcək və bu müddətdə komanda 4 yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanov da əsas komanda ilə birlikdə təlim-məşq toplanışına qatılıb.