08.01.2019 09:51
419


Bir neçə müddətdir komandasız qalan təcrübəli mütəxəssis Arsen Venger Qətər milli komandasının baş məşqçisi ola bilər. Cempion.az xəbər verir ki, Qətər Futbol Federasiyası Arsen Vengerlə danışıqlara başlayıb. Fransalı mütəxəssis bu təklifi müsbət qarşılayıb. Tərəflər arasında razılıq əldə olunarsa yaxın günlərdə Arsen Vengerin Qətər komandasının baş məşqçisi olacaq.