cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Aryen Robben komandan ayrılacağını bildirib

08.01.2019 11:12 Oxundu 458

"Bayer Münhen"in hollandiyalı futbolçusu Aryen Robben komandan ayrılacağını bildirib. Cempion.az xəbər verir ki, bu barədə futbolçu mətbuata açıqlamasında deyib. Gələn transfer təkliflərini dəyərləndirəcəyini vurğulayan Robben: "Təkliflər alıram. Çox yaxın bir vaxtda mənim üçün uyğun olan ən yaxşı variantı dəyərləndirəcəm. Oynamaq üçün yetərincə gücüm var. Formada qalmaq üçün məşqlərimi mütəmadi olaraq davam etdirirəm. Gələcəyim haqqında bir qərar verəcəm və bu çox yaxın vaxtlarda baş tutacaq" ifadələrini işlədib. Qeyd edək ki, bu mövsüm "Bayer Münhen"də 15 oyuna 5 qol vuran Robbenin"İnter"ə keçəcəyi gözənilir.