cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

"Real Madrid" "Tottenhemin" futbolçusunu heyətinə cəlb etmək istəyir

08.01.2019 11:32 Oxundu 398

"Real Madrid" "Tottenhemin" futbolçusu Kristian Erikseni heyətinə cəlb etmək istəyir. Cempion.az xəbər verir ki, Kral klubu futbolçu üçün 115 milyon avro büdcə ayırıb. "Real Madrid" rəhbərliyi futbolçunun meneceri ilə görüşmələrin davam etdirir. Eriksenin "Tottenhem"lə müqaviləsinin yeniləməməsi bu transferin reallaşacağını göstərir. Qeyd edək ki, "Real Madrid" daha əvvəl "Tottenhem"dən Luka Modriç və Qaret Beyli transfer edib.