şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

“Vilyareal" Premyer Liqa çempionunun futbolçusunu transfer edib

08.01.2019 17:30 Oxundu 470


İspaniyanın “Vilyareal” futbol klubu İngiltərənin “Lester Siti” komandasının yarımmüdafiəçisi Visente İborranı transfer edib.

 30 yaşlı ispan futbolçu ilə 2023-cü ilin yayınadək müqavilə imzalanıb. Futbolçu artıq yanvarın 8-də yeni komandasının təlim-məşq toplanışında iştirak edib.

İborra cari mövsümdə “Lester Siti”nin heyətində 11 oyuna 1 qol vurub.

Qeyd edək ki, yarımmüdafiəçi karyerası boyunca İspaniyanın “Levante” və “Sevilya” klublarının heyətində çıxış edib. (Azərtac)