cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Pepe keçmiş komandasına transfer olundu - FOTO

08.01.2019 17:57 Oxundu 643

Məşhur portuqaliyalı futbolçu Pepenin yeni klubu məlum olub. Cempion.az xəbər verir ki, son olaraq "Beşiktaş" ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edən Pepe "Porto" ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən təcrübəli müdafiəçi 2021-ci ilin yayına qədər "Porto"nun şərəfini qoruyacaq. Qeyd edək ki, Pepe 2004 - 2007 - ci illərdə "Porto"da çıxış edib.