bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

"Bayer Münhen" fransalı futbolçunu heyətinə cəlb edib

09.01.2019 14:23 Oxundu 849

"Bayer Münhen"  "Ştutqart"ın fransalı futbolçusu Benjamin Pavarı  heyətinə cəlb edib. Cempion.az xəbər verir ki, "Bayer Münhen" futbolçu ilə 5 illik müqavilə imzalayıb. Münhen təmsilçisi gənc müdafiəçi üçün "Ştutqart"a 35 milyon avro ödəyib. Qeyd edək ki, Pavard 2018-ci ildə Rusiyada keçirilən mundialda Fransa millisi ilə  Dünya Çempionu olub.