cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Alisson: " "Liverpul"un tarixnə düşmək istəyirəm"

09.01.2019 14:40 Oxundu 474

"Liverpul"un braziliyalı qapıçısı Alisson Beker mətbuata maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, "Liverpul"a transfer olunması ilə bağlı danışan Alisson: "Mənə "Çelsi" də təklif göndərmişdi. Onlar  Çempionlar Liqasında iştirak etmirdilər və tez-tez baş məşqçi dəyişirdilər. Ancaq bunlar keçidin baş tutmaması üçün səbəblər deyil. Qəlbimdə "Liverpul"un olduğunu hiss etdim. "Liverpul"a gtməyə üstünlük verdim. Çünki "Liverpul"un tarix məni heyran etmişdi. Çempionlar Liqasında çıxışları isə məni daha da həvəsləndirdi. Ən böyük xəyalım Çempionlar Liqasının  qalibi olmaqdır. "Liverpul" 5 dəfə Çempionlar Liqasının qalibi olmuş bir kludur. Mən də bu klubun tarixnə düşmək istəyirəm" deyib. Qeyd edək ki, Alisson bu mövsüm 73 miylon avroya "Roma"dan "Liverpul"a transfer olunub.