şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Buffon PSJ-də daha bir il çıxış etmək istədiyini deyib

12.01.2019 12:40 Oxundu 355


Fransanın PSJ klubunun qapıçısı Canluici Buffon karyerasını bitirmək barədə düşünmür.

41 yaşlı qolkiper hazırkı klubunda ən azı bir il daha oynamaq istədiyini söyləyib.

O, Paris təmsilçisinin qəbul edəcəyi təqdirdə, bu istəyin reallaşa biləcəyini deyib.

Qeyd edək ki, Canluici Buffon bu mövsüm PSJ-nin heyətində 8 oyunda meydanda olub. Uzun müddət İtaliya millisinin də şərəfini qorumuş təcrübəli oyunçu 2018-ci ilin yayında "Yuventus"dan Fransa təmsilçisinə keçib və klubla 1+1 illik müqavilə imzalayıb. (Report)