bazar, 13 iyul 2025

DÜNYA FUTBOLU

"Monako" daha bir məşhur futbolçunu transfer edib

14.01.2019 10:56 Oxundu 435

Təcrübəli ispaniyalı futbolçu Ses Fabreqası transfer edən "Monako" daha bir məşhur oyunçunu heyətinə cəlb edib. Cempion.az xəbər verir ki, knyazlıq təmsilçisi "Valensiya"da çıxış edən belçikalı futbolçu Mişi Batşuayini heyətinə cəlb edib. Hücumçu "Monako"da mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Qeyd edək ki, Batşuayi "Çelsi"yə məxsus futbolçudur.