cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Qvardiola: "Bu tərzdə bir oyunçu üçün 110 milyon avro ödəyə bilmərik"

14.01.2019 13:20 Oxundu 350

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Vulverhempton"nun futbolçusu Ruben Nevesin komandaya cəlb edilməsi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib. Cempion.az xəbər verir ki, oyunçu üçün istənilən məbləğin çox olduğunu deyən Qvardiola: "Təxminən 1 aydır Nevesin transferi ilə bağlı xəbərləri oxuyuram. Sizə deyim ki, bu keçid alınmayacaq. Bu tərzdə bir oyunçu üçün 110 milyon avro ödəyə bilmərik. Bəzi limitlərimiz var və qaydalara riayət etməliyik" deyib.