cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

"Real Madrid"in keçmiş prezidenti: "Zidanın "Real Madrid"dən ayrılmağına səbəb rəhbərliklə fikir ayrılığı oldu"

14.01.2019 14:15 Oxundu 378

2006 - 2009 - cu illərdə "Real Madrid"in prezidenti olmuş Ramon Kalderon mətbuata açıqlamasında Zinəddin Zidanın komandadan ayrılma səbəblərini bildirib. Cempion.az xəbər verir ki, Zidanla klub rəhbəriliyinin fikirlərinin üst-üstə düşmədiyini deyən Kalderon: "Zidan Ronaldonun klubda qalmağını və Beylin satılmağını istədi. Rəhbərlik isə bunun əksini etdi. Bundan əlavə Zidan bəzi futbolçular var idi ki, onların da kluba transfer olunmağını rəhbərliyə bildirmişdi. Ancaq rəbrəlik bu istəkləri yerinə yetirmədi və Zidan komandadan ayrıldı. "Real Madrid"in hazırkı vəziyyəti Zidanın haqlı olduğunun sübutudur"  ifadələrini işlədib.