çərşənbə axşamı, 23 aprel 2024

DİGƏR NÖVLƏR

Basketbol üzrə Azərbaycan çempionatında qalmaqallı hadisə - VİDEO

14.01.2019 15:18 Oxundu 429


Basketbol üzrə Azərbaycan çempionatında qalmaqallı hadisə baş verib. Belə ki, 2 gün öncə çempionat çərçivəsində keçirilən oyun baş tutmayıb. Buna səbəb isə basketbolçuların federasiya rəhbərliyinin istefasını tələb etməsidir. “80-lər” və ADNSU komandaları hakimin fitindən sonra arenanı tərk ediblər. 

Bu barədə məlumatı  basketbol millimizin üzvlərindən biri verib. 

O bildirib ki, Azərbaycan Basketbol Federasiyasının rəhbəri Nəsib Nəsibov postundan getməyənə qədər buna davam edəcəklər. 

Bu gün federasiya rəhbərliyi basketbolçularla görüşüb. Nəsib Nəsibov problemləri həll etmək üçün idmançılarla razılıq əldə etmək istəyir. İclas hazırda davam edir. (Qafqazinfo)