cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Zirə"nin yeni rəqibləri bəlli oldu

14.01.2019 18:33 Oxundu 304

Antalyada təlim-məşq toplanışında olan “Zirə”nin yoxlama görüşü keçirəcəyi daha 2 rəqibin adı bilinib.Bu barədə kliubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki,  komanda yanvarın 23-də Ukraynanın “Vorskla”, 26-da isə Makedoniyanın “Şkupi” komandaları ilə qarşılaşacaq. Bundan başqa, ayın 18-də "Zirə"nin rəqibi olmalı olan Rumıniya “Konkordiya”sının təlim-məşq toplanışını təxirə salması səbəbindən həmin gün rəqib bu ölkənin “Voluntari” komandası olacaq. 
Qeyd edək ki, “Zirə” Antalyada ilk oyununa sabah çıxacaq. Rəqib Qazaxıstanın “Taraz” komandası olacaq. Oyunun başlama saatı ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilir.