cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Neftçi" futbolçusunu icarəyə verib

15.01.2019 13:36 Oxundu 309

"Neftçi" hücumçusu Kvame Karikarini icarəyə verib.

Qanalı futbolçu mövsümün sonuna kimi Birləşmir Ərəb Əmirliklərində çıxış edəcək. Dubay klublarının birindən təklif alan 26 yaşlı forvard hazırda bu komandanın düşərgəsindədir. Tibbi baxışdan keçdikdən sonra onunla 6 aylıq rəsmi müqavilə bağlanacaq.

Qeyd edək ki, Karikari bu mövsümün əvvəlində "Neftçi"yə cəlb olunub. Onun paytaxt klubu ilə 2020-ci ilin yayına qədər müqaviləsi var. (qol.az)