cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

U-19 özündən balacaları məğlub etdi
 

15.01.2019 14:05 Oxundu 242

Bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydanında Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək və 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığma komandaları arasında yoxlama oyunu keçirilib. U-19-un 3:1 hesabı ilə qalib gəldiyi oyunda bu komandanın qollarını Kamran Quliyev, Musa Qurbanlı və İsmayıl Zülfüqarlı vurub. Samir Əliyevin rəhbərlik etdiyi yığmanın heyətində isə Təbriz İsazadə fərqlənib.