cümə, 19 aprel 2024

BİZİM FUTBOL

AFFA Samir Həsənovu yarışlardan uzaqlaşdırdı
 

15.01.2019 14:18 Oxundu 340

13 yanvar 2019-cu ildə keçirilən futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin “Standard” – “Star Karqo” matçının 30-cu dəqiqəsində “Standard” klubunun 9 №-li futbolçusu Samir Həsənov aqressiv davranış, hakimi təhqir, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə  qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu hərəkətlərinə görə İntizam Komitəsi futzalçını 12 ay müddətinə yarışlardan kənarlaşdırıb.
Həmin oyunun 38-ci dəqiqəsində “Star Karqo” klubunun 4 №-li futbolçusu Mahmud Novruzov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
U-13 Qızlar Liqasının UGİM (Şəki) – UGİM (Qax) matçında UGİM (Şəki) komandası oyunun 15-ci dəqiqəsində meydanı özbaşına tərk etdiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Qızlar Liqasının “Qabaqçöl” (Balakən) – UGİM (Qax) matçında “Qabaqçöl” (Balakən) komandasının heyətində yetərsay olmadığına görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.