cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Qvardiola: " "Real Madrid" və "Barselona" ilə mübarizədə geciksəniz məğlub olacaqsınız"

16.01.2019 10:34 Oxundu 335

"Mançester Siti"nin təcrübəli baş məşqçisi Pep Qvardiola mətbuata açıqlama verib. Cempion.az xəbər verir ki, oyunçu transferi haqqında danışan Qvardiola: "Transfer bazarında tək olanda işiniz asan olur. Ancaq bir oyunçuyla çox klub maraqlanırsa vəziyyət çətinləşir. Xüsusi ilə də bunlar "Real Madrid" və "Barselona" olanda. Bu komandalarla transfer mübarizəsində geciksəniz məğlub olacaqsınız. Bundan əlavə verilən maaşlar da vacibdir. Ən çox maaş verən komandalar arasında 10-cu yerdəyik. Yəni 9 komanda futbolçulara bizdən daha çox pul verir. Ötən mövsüm komandanı gəncləşdirmək üçün çox pul xərclədik. Çünki komandanın yaş ortalaması 30-31 idi. Bu islahatları hər mövsüm reallaşdıra bilsək nəticələr əldə edə bilərik" deyib.