şənbə, 12 iyul 2025

BİZİM FUTBOL

FİFA referimiz beynəlxalq yarışa təyinat alıb

16.01.2019 11:38 Oxundu 378

Futzal üzrə FİFA referisi Hikmət Qafarlı təyinat alıb. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, o, yanvarın 29-dan fevralın 3-dək dünya çempionatının Avropa üzrə ilkin seçmə mərhələsinin Bolqarıstanda keçiriləcək G qrupunun oyunlarını idarə edəcək. Bu qrupda Bolqarıstan, Hollandiya, Monteneqro və Estoniya milli komandaları mübarizə aparacaq.